Simsar.az | bizi özünüzə Simsar bilin
Əfvə düşən tanınmışlar kimlərdi? - Siyahı

Onların arasında keçmiş dövlət məmuru, polis rəisi və jurnalist də var

Mayın 26-da Azərbaycan prezidenti tərəfindən sayca 49-cu Əfv sərəncamı imzalandı. Bu gün səhərdən etibarən sərəncamın icrasına başlanılıb.
Əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər, cərimə cəzasına məhkum edilmiş 6 nəfər cəzadan azad edilib.
Cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında tanınmışlar da var. Onlar Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Eldəniz Lahıcov, sabiq Səhiyyə Naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov, sabiq polis əməkdaşı Müşviq Mədətov, jurnalist Eynulla Fətullayev, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisi Akif Məhərrəmovdur.

Aynurə


27 May, 2011  17:37 Baxılıb: 1158

Bu bölmədə