Simsar.az | bizi özünüzə Simsar bilin
Cəbhə xəttində monitorinq olacaq

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.

15 Fevral, 2017  12:27 Baxılıb: 1418

Bu bölmədə