Simsar.az | bizi özünüzə Simsar bilin
55 hektar ərazilik zoopark

Artıq layihə hazırdır

“Azərbaycanda zoopark yox, heyvanxana var”. Simsar.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da Bakıda zoopark adı ilə fəaliyyət göstərən heyvanxananın bağlanmasını tələb edir: “Bu gün dünyada heyvanlar qapalı şəraitdə deyil, açıq ərazilərdə saxlanılır”.


H.Bağırov bildirib ki, Bakıda kənarda Qobu kəndi ərazisində müasir standartlara cavab verən zooparkın tikintisi üçün Nazirlər Kabineti keçən il 2, 8 milyon manat ayırıb. Artıq zooparkın layihələndirilməsini və tikintisini aparacaq şirkət də müəyyənləşib. Bu zooparkın tikintisinə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub və artıq ilkin layihə hazırdır. Həmçinin, ilkin hazırlıqlara, təbii landşaftın hazırlanmasına və bitki örtüyünün yaradılmasına başlamaq olar.


Nazir onu da qeyd edib ki, yeni yaradılacaq zooparkda heyvanlar qəfəsdə yaşamayacaq və onlar bir-birindən təbii maneələr ayıracaq.

Qeyd edək ki, yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək.

27 May, 2011  17:13 Baxılıb: 1298

Bu bölmədə