Simsar.az | bizi özünüzə Simsar bilin
2 tibb işçisinin cinayət əməli barədə materilallar Baş Prokurorluğa göndərildi

2016-cı il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 418 şikayətə Səhiyyə Nazirliyində baxılıb. Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 38 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.  2 nəfər tibb işçisi barədə cinayət əlamətləri olduğundan toplanılmış materiallar  Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

 

14 Fevral, 2017  16:56 Baxılıb: 1431

Bu bölmədə