Simsar.az | bizi özünüzə Simsar bilin
Səfirin ölüm anını çəkən fotoqrafa mükafat verildi

“Associated Press” Agentliyinin fotoqrafı Burhan Özbilici Rusiyanın Türkiyədəki səfiri İvan Karlova sui-qəsd anını çəkdiyi fotoya görə bu peşə sahiblərinə verilən nüfuzlu “World Press Photo” təşkilatının birincilik mükafatına layiq görülüb.

Terrorçu Mövlud Mərd Altuntaşın rus səfirini qətlə yetirdiyi ərəfədə insanların qaçmasına, hadisə yerindən uzaqlaşmasına baxmayaraq, soyuqqanlı şəkildə əli silahlı qatilin fotosunu çəkmişdi.

O,1955-ci ildən bu yana hər il dünyanın ən yaxşı fotosunu müəyyən edən müsabiqədə qalib gələn ikinci türkdür.

“World Press Photo” təşkilatının hər il keçirdiyi müsabiqədə ən qaynar hadisələri ölümsüzləşdirən fotolara verilir.(moderator.az)


14 Fevral, 2017  15:46 Baxılıb: 1655

Bu bölmədə