Simsar.az | bizi özünüzə Simsar bilin
Ev qarın altında qalaraq uçdu

Masallıda yaşayış evi uçub.APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub. Evdə 26 nəfərin yaşadığı bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

14 Fevral, 2017  14:50 Baxılıb: 1384

Bu bölmədə