Simsar.az | bizi özünüzə Simsar bilin
Siyasi məhbuslar üzrə xüsusi məruzəçinin Azərbaycana gəlişi mənasızdır

F. Ələsgərovun məntiqindən belə çıxır

““Siyasi məhbus” anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti” mövzusunda keçirilən konfrans olduqca mühüm tədbirdir. Tədbirdə həm Avropa Parlamentinin, həm AŞPA-nın deputatları, həm də digər beynəlxalq təşkilatların ekspertlər iştirak edir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. F. Ələsgərovun sözlərinə görə, tədbirin məqsədi birgə masa arxasında “siyasi məhbus” adlanan, Azərbaycan, eləcə də hər bir ölkə üçün həssas olan bir məsələ ilə bağlı Avropa məkanında ümumi kriteriyaların müəyyən olunmasına nail olmaqdır: “Konfransın nəticəsi ondan ibarət olacaq ki, biz Avropa Parlamentinə, AŞPA-ya qətnamə formasında sənəd hazırlayıb göndərəcəyik. Biz təklif edəcəyik ki, bu kriteriyalar hər bir dövlətə tətbiq olunsun, ayrı-ayrı dövlətlər burada istisna təşkil etməsin. Bu ikili standartlardan qurtarmalıyıq. Bütün Avropa ölkələrində universal meyarlar olmalıdır”.

F. Ələsgərov AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin indiki halda Azərbaycana gəlməsinin heç bir mənası olmadığını bildirib: “Çünki ümumi kriteriya yoxdursa, Ştrasser hansı meyarla bir nəticəyə gələ bilər?”

27 May, 2011  17:07 Baxılıb: 1099

Bu bölmədə