Simsar.az | bizi özünüzə Simsar bilin
Moskvada inkassatorlara hücum olub - Ölən var

Moskvada naməlum şəxslər inkassatorlara hücum ediblər. Trend-in məlumatına görə, hadisə Rimski-Korsokov küçəsində baş verib. Məlumata görə, hücumu törədənlər 3 nəfər olub. Nəticədə hücum edənlərdən biri zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.

Hücum nəticəsində inkassatorların aid olduğu "Rusiya poçtu" əməkdaşlarından xəsarət alan olmayıb.

Araşdırma aparılır.

14 Fevral, 2017  13:23 Baxılıb: 1466

Bu bölmədə