Simsar.az | bizi özünüzə Simsar bilin
Banklarda dolların qiyməti yenidən qalxdı

Bu gün fevralın 14-də Mərkəzi Bank dolların məzənnəsini stabil saxlamasına baxmayaraq banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur. Simsar. Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında 1 dollar 1.5300 manatdan yüksək alınır, 1.7600 manatdan baha satılır.Dünən dolları 1.6000 manata alıb, 1.7310 manata satan “Accessbank” bu gün 1.6300 manata alır, 1.7600 manata satır.“Nikoil Bank” dünən 1 dolları 1.6300 manata alırdı, 1.7500 manata satırdı. Bu gün isə 1.6800 manata alır, 1.7800 manata satır.“Turanbank” həmçinin alışı 1.6000 manatdan 1.6700 manata qaldırıb.

14 Fevral, 2017  13:15 Baxılıb: 1690

Bu bölmədə