Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda bu əfv 49-cudur

Elmira Süleymanova: "Dünyanın heç bir yerində bu qədər əfv sərəncamı imzalanmır"

Simsar.az-ın məlumatına görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində 10 məhkum azadlığa buraxılıb. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində isə 3 məhkum azad olunub. Əfv sərəncamının icrasında iştirak edən Ombudsman Elmira Süleymanova deyib ki, bu, Azərbaycanda imzalanan sayca 49-cu əfv sərəncamıdır: “Dünyanın heç bir yerində bu qədər əfv sərəncamı imzalanmır. Qonşu ölkələrdə, Gürcüstanda, Ukraynada vəziyyət bizdən fərqlidir. Mən yenicə Ukraynadan səfərdən qayıtmışam. Orda 1400 nəfər yeniyetmə məhkum saxlanılır. Onların 600-ü 18 yaşına çatmayan qızlardır. Azərbaycanda isə bir nəfər də olsun, 18 yaşına çatmayan qız məhkum yoxdur”. 


Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da əfv sərəncamının imzalanmasının təqdirəlayiq hal olduğunu deyib. Rəis müavini bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkumun da məhkəmənin hökmü ilə şərti azadlığa buraxıldıqlarını açıqlayıb.

27 May, 2011  15:59 Baxılıb: 1212

Bu bölmədə