Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT EYNULLA FƏTULLAYEVİ ƏFV ETDİ -YENİLƏNİB

"Bu, mənim üçün möcüzədi"

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Əfv Fərmanı imzalayıb. Fərman məhbus gurnalist Eynulla Fətullayevə də şamil olunub. O, artıq cəzaçəkmə müəssisəsindən buraxılıb. Jurnalist özü APA-ya açıqlamasında artıq evlərində olduğunu bildirib. E. Fətullayev imzalanmış sərəncama münasibət bildirərkən bunları söyləyib: “Sadəcə onu deyə bilərəm ki, azadlıq qeyri-azadlıqdan daha yaxşıdır. Bu mənim üçün möcüzəli bir hadisədir. Mən hələ bu hadisəni dərk etməmişəm, bilmirəm nə baş verir. Sərəncamın icrasının dərhal yerinə yetirilməsinə görə isə yalnız təşəkkür edə bilərəm”.


İki saat öncə Simsar.az-a danışan məhbus jurnalistin atası Emin Fətullayev isə bildirmişdi ki, hələ siyahı açıqlanmadığından dəqiq bir söz deyə bilməz: "Biz də səbirsizliklə Eynullanın azadlığa buraxılacağını gözləyirik. Ailəliklə televiziyanın qarşısında əyləşib siyahının nə vaxt oxunacağını izləyirik”. Deyə E.Fətullayev bildirib.

E.Fətullayev bir neçə ay öncə əfv olunmaq üçün prezidentə müraciət edib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) Bakı səfərində prezident İlham Əliyevlə görüşdə Eynulla Fətullayevin azadlığa buraxılma məsələsini qaldırıb.

Ruslan

27 May, 2011  00:17 Baxılıb: 1625

Bu bölmədə