Simsar.az | bizi özünüzə Simsar bilin
Araz Elsəs mayın 29-da Baklıda konsert verəcək

Avropada yaşayan məşhur azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verəcək.

Təşkilatçıların APA-ya verdiyi məlumata görə, konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93 illiyi münasibətilə keçiriləcək.

Konsert mayın 29-da “Monte Karlo” şadlıq sarayında olacaq.

Qeyd edək ki, A. Elsəsin mart ayında Bakıda konsert verəcəyi nəzərdə tutulsa da, konsert müəyyən səbəblərdən təxirə salınmışdı.

Araz Elsəs 27 noyabr 1971-ci ildə İranda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.

26 May, 2011  22:08 Baxılıb: 1644

Bu bölmədə