Simsar.az | bizi özünüzə Simsar bilin
İqtisadi İnkişaf Nazirliyi zay məhsul aşkarlayıb

Onların məhvi üçün Məhərrəm Nəsibova göstəriş verilib 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, ev 7 ünvanında Məhərrəm Nəsibova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı sərinləşdirci içkilərin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyini aşkar edib. 

Simsar.az Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, məhsulların etiketində istehsal tarixi kimi məhsulun faktiki istehsal tarixindən sonrakı tarixlərin qeyd olunduğu müəyyən olunub.

Bundan başqa, yoxlama zamanı müəssənin anbarında üzərində istehlakçıları çaşdıran yanlış məlumatlar (istehsalçının adı, ünvanı, həcmi) əks olunmuş 47,8 kq sərinləşdirici içki etiketləri aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar zay məhsulların məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Məhərrəm Nəsibova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

26 May, 2011  21:45 Baxılıb: 1480

Bu bölmədə