Simsar.az | bizi özünüzə Simsar bilin
Türkmənistan Xarici İşlər Nazirliyində Xəzərin statusunu müzakirə edildi

Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Türkmənistan Xarici İşlər Nazirliyində Xəzərin statusuna dair Türkmənistan-Azərbaycan məsləhətləşmələri keçirilib.

Simsar.az-ın  “Turkmenistan.ru” saytına istinadən yaydığı məlumata görə, Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Görüşdə Xəzərin beynəlxalq hüquqi statusunun mərhələli şəkildə müəyyənləşməsi prosesinin gedişi, dənizin biomüxtəlifliyinin və ekologiyasının qorunması ilə bağlı müzakirələr aparılıb. Türkmənistan XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər Türkmənistan və Azərbaycanın bütün məsələləri diplomatik və hüquqi vasitə və metodlarla həll etməyə hazır olduqlarını bəyan ediblər. Bundan başqa hər iki ölkənin dövlətlərarası dialoqun gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğu xüsusi vurğulanıb.

26 May, 2011  20:13 Baxılıb: 1560

Bu bölmədə