Simsar.az | bizi özünüzə Simsar bilin
AVROPA BİRLİYİ YENİ HESABAT YAYDI

AZƏRBAYCANDAKI VƏZİYYƏT DƏ QİYMƏTLƏNDİRİLİB

Avropa Birliyi 16 qonşusundan 12-si haqda hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, Azərbaycanla bağlı bölümdə deyilir ki, makroiqtisadi sabitlikdə, enerji əməkdaşlığında tərəqqi var, ancaq demokratiyaya hörmət qoyulmasında və insan haqlarının, fundamental azadlıqların qorunmasında əhəmiyyətli tərəqqi olmayıb: “2011-ci ilin ilk aylarında gənc fəalların tutulması artıb. Siyasi dialoqda və islahatlar sahəsində, o cümlədən seçki prosesində və müstəqil ədliyyədə yeni cəhdlərə ehtiyac var. Söz azadlığı, media azadlığı, toplaşma azadlığı sahələrində heş bir tərəqqi olmayıb”.  

Avropa Birliyinin 16 qonşusu keçmiş SSRİ məkanından Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Yaxın Şərq regionundan Mərakeş, Livan, İordaniya, İsrail, Misir, Tunis, Əlcəzair, Suriya, Liviya, Fələstindir.

26 May, 2011  17:17 Baxılıb: 1111

Bu bölmədə