Simsar.az | bizi özünüzə Simsar bilin
GÜRCÜSTAN: ÖLƏNLƏRİN KİMLİYİ AÇIQLANDI

Hər ikisi polis əməkdaşıdır

Mayın 25-də Gürcüstanda müxalifətin mitinqi dağıdılarkən iki nəfər həlak olub. “News.ru” agentliyi xəbər verir ki, mayın 26-da jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə deyib. Daxili İşlər Nazirliyi Analitik Departamentinin rəhbəri Şota Utiaşvilinin sözlərinə görə, polis əməkdaşı Vladimir Masxuraşvili və keçmiş polis, 54 yaşlı Nodar Tsxadadze Azadlıq meydanında həlak olublar.

Xüsusi təyinatlı polis Gürcüstan müxalifətinin paytaxt Tbilisidə, Azadlıq meydanında keçirdiyi oturaq mitinqi mayın 25-i axşam saatlarında dağıdıb. Mayın 21-dən Xalq Məclisi alyansının çağırışı ilə davamlı mitinqlər keçirən müxaliflər dünəndən Rustaveli prospektini tutaraq mayın 26-na - Müstəqillik Gününə nəzərdə tutulan hərbi parada mane olmaq istəyirdilər.

26 May, 2011  17:11 Baxılıb: 1150

Bu bölmədə