Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov İndoneziyalı həmkarı ilə görüşdü

İkitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marti Nataleqava ilə görüşüb.

APA-nın məlumatına görə, tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. İndoneziyanın xarici işlər naziri azərbaycanlı həmkarını Azərbaycanın bu təşkilata üzv olması münasibətilə təbrik edib və ikitərəfli səmərəli əməkdaşlığa ümidvar olduğunu deyib.

26 May, 2011  16:01 Baxılıb: 1007

Bu bölmədə