Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi

İlham Əliyev Gürcüstanın Dövlət müstəqilliyinin bərpası günü münasibətilə ölkə prezidenti Mixail Saakaşviliyə təbrik məktubu göndərib.

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir: 

Hörmətli cənab Prezident,

Əziz dostum,

Ölkənizin milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Bu gün həmin ənənələr yeni məzmunla zənginləşərək xalqlarımızın iradəsini bariz şəkildə əks etdirməkdədir.

Əminəm ki, dost ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də regional təşkilatlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına sülh və firavanlıq arzulayıram”.

26 May, 2011  01:45 Baxılıb: 1027

Bu bölmədə