Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Sabirabadda yeni körpü tikintisinə 2 milyon manat ayırdı

İlham Əliyev Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, sərəncamda Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq yeni körpünün tikilməsi məqsədəuyğun sayılıb. 

Bu zaman Sabirabad rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması zərurəti, habelə 16 min nəfərdən artıq əhalisi olan Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kənd sakinlərinin müraciətləri nəzərə alınıb.

Sərəncamda bildirilir ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

26 May, 2011  01:43 Baxılıb: 1646

Bu bölmədə