Simsar.az | bizi özünüzə Simsar bilin
“Microsoft” “Mango” yaratdı

Yenilənmə istifadəçilər arasında pulsuz yayılacaq

“Microsoft” korporasiyası “Windows Phone 7” mobil əməliyyat sistemi üçün “Mango” adlı böyük yenilənməni təqdim edib. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiya smartfonlara 500-dən artıq yeni funksiya, o cümlədən çoxfunksiyalılıq, HTML5 kodunu dəstəkləyən Internet Explorer 9 brauzeri, sosial şəbəkələrlə genişləndirilmiş inteqrasiya, səsli daxiletmə, sənədlərin SkyDrive vasitəsilə sinxronlaşdırılması, eləcə də müxtəlif poçt servislərindən məktubların bir yerə yığılmasını əlavə edir.


Yenilənmə istifadəçilər arasında pulsuz yayılacaq. Onun paylanması isə 2011-ci ilin payız ayları üçün nəzərdə tutulub. Bundan əlavə, “Microsoft” bəyan edib ki, “Asus”, HTC, “Dell”, “Samsung” və LG-dən başqa daha üç şirkət – “Acer”, “Fujitsu Limited” və “ZTE Corp Windows” “Windows Phone 7” platforması bazasında smartfon istehsal edəcək. Bu əməliyyat sistemi əsasında hazırlanmış ilk “Nokia” smartfonu da “Mango” ilə idarə olunacaq.


Qeyd edək ki, “Windows Phone 7” 2010-cu ilin oktyabrında təqdim olunub. Cari ilin birinci rübündə onun bazarda payı 3,6 faiz təşkil edib.

26 May, 2011  00:22 Baxılıb: 1268

Bu bölmədə