Simsar.az | bizi özünüzə Simsar bilin
Şamaxı rayonu 10 saat qazsız qalacaq

Rayonun təbii qazla təmin olunmuş bütün qəsəbə və kəndlərinə mavi yanacağın verilişi məhdudlaşdırılacaq.

Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, cari təmir işləri ilə əlaqədar olaraq 27 may saat 9:00-dan 19:00-dək Şamaxı, Mədrəsə və Çuxuryurd avtomat qaz paylayıcı stansiyalarında təbii qazın nəqli dayandırılacaq. 


Təmir işləri aparılan müddətdə Şamaxı şəhəri daxil olmaqla, rayonun təbii qazla təmin olunmuş bütün qəsəbə və kəndlərinə mavi yanacağın verilişi məhdudlaşdırılacaq.

26 May, 2011  00:03 Baxılıb: 1198

Bu bölmədə