Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyəli nazir: “Avropa Parlamenti Azərbaycanı tənqid edərkən əvvəlcə özünə baxmalıdır”

Egemen Bağış: “Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bu durumda Türkiyənin mövqeyində hansı dəyişiklikdən söhbət gedə bilər?”

“Avropa Parlamenti Azərbaycanı tənqid edərkən əvvəlcə özünə baxmalıdır”. Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin Avropa Birliyi ilə əlaqələrə məsul olan dövlət naziri Egemen Bağış deyib. İstanbulda xarici media mənsublarına ziyafət verən E. Bağış APA-nın sualına cavabında Avropanın özündə insan hüquqlarının pozulduğunu söyləyib. 

“Avropa Birliyi Türkiyə-Ermənistan sərhədinin açılması üçün Ankaraya həmişə təzyiq göstərir. Türkiyə bu məsələdə tutduğu mövqeni davam etdirirmi?”- sualına cavab verən nazir aşağıdakıları söyləyib: “Bu məsələ ilə bağlı Türkiyənin mövqeyində heç bir dəyişiklikdən söhbət gedə bilməz. Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. 1 milyon insan orada torpaqlarından didərgin düşüb, qaçqın vəziyyətində yaşamaqdadır. Bu durumda Türkiyənin mövqeyində hansı dəyişiklikdən söhbət gedə bilər?”

25 May, 2011  23:40 Baxılıb: 1156

Bu bölmədə