Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə dəhşətli qəza: 11 avtomobil toqquşub

Türkiyənin Ayfonkarahisar bölgəsində 11 avtomobilin bir-birnə çarpılması nəticəsində azı 18 nəfər yaralanıb. Türkiyə mətbuatı xəbər verir ki, qəza Afyonkarahisar-Antalya avtomobil yolunun Sinanpaşa rayonu yaxınlığında, Damlalı Boğazı kəndində baş verib. Məlumata görə, 8 TIR, 2 minik avtomobili və 1 sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində yaralananlar xəstəxanaya aparılıb.

16 Yanvar, 2017  16:21 Baxılıb: 1899

Bu bölmədə