Simsar.az | bizi özünüzə Simsar bilin
Çindən sərt xəbərdarlıq — Trampın gözünün yaşına baxmayacağıq

Çin ilə ABŞ arasında gərginlik getdikcə artmaqdadır. Ölkə.Az xəbər verir ki, Çin hökuməti ABŞ-ın yeni prezidenti Donald Trampa xəbərdarlıq edib. Əgər fəaliyyətə başladıqdan sonra yeni prezident "Vahid Çin Siyasəti"-ini Tayvan məsələsinə görə tənqid etsə, onun gözünün yaşına baxılmayacaq.

Çinin rəsmi mətbuat orqanı sayılan "China Daily" bu barədə məqalə dərc edib. Əgər Tramp iki dövlət arasında münasibətləri körükləsə, Tayvan üzərindən "Vahid Çin Siyasəti"-nə qarşı provakasiya hücumlarına davam etsə, rəsmi Pekinin ona qarşı qəddar olmaqdan başqa çarəsi qalmayacaq.

Yaranan gərginliyin hər iki tərəfə ziyanı olacağına işarə edən mətbuat orqanı yazıb: "Amma ABŞ prezidenti Tayvan oyununun nə qədər ciddi nəticələrə sahib ola biləcəyini anlamalıdır. Anlamaq üçün də cavab verməlidir. Pekin bu məsələdə heçkəsin gözünün yaşına baxmayacaq".

Çinin xarici işlər naziri isə dünən açıqlama verib. Açıqlamaya əsasən dünyada sadəcə tək bir Çin var. Tayvan məsələsi müzakirə edilə bilməz.

16 Yanvar, 2017  14:38 Baxılıb: 1614

Bu bölmədə