Simsar.az | bizi özünüzə Simsar bilin
Daha bir intihar - QUSARDA

Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri, H.Davud küçəsi, 3 nömrəli evdə kişi meyiti aşkar edilib. Hadisə yerinə baxış keçirilən zaman meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu olduğu müəyyən olunub. İlkin araşdırmalardan sonra onun hər iki qolunun damarlarını kəsərək intihar etdiyi məlum olub.

Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

16 Yanvar, 2017  13:57 Baxılıb: 1534

Bu bölmədə