Simsar.az | bizi özünüzə Simsar bilin
Fazil Məmmədov onu vəzifədən azad etdi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. Nazir Fazil Məmmədov departament direktorlarından birini vəzifədən azad edib.

Məlumatda deyilir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru, ədliyyə müşaviri Vüqar İsmət oğlu İsmayılov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə vergi xidməti müşaviri Zeynalabdin Yunsur oğlu Məmmədzadə təyin edilib.

Qeyd edək ki, nazir V.İsmayılovu bu vəzifəyə yanvarın 7-də təyin etmişdir.

16 Yanvar, 2017  13:21 Baxılıb: 1420

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası