Simsar.az | bizi özünüzə Simsar bilin
Qırğızıstanda matəm elan olunacaq

Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq. APA-nın məlumatına görə, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit  Buranov deyib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və 17-18 yanvar tarixində səhər və axşam saatlarında səfirlikdə xatirə kitabının açılacağını söyləyib.

Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb.

16 Yanvar, 2017  12:18 Baxılıb: 1858

Bu bölmədə