Simsar.az | bizi özünüzə Simsar bilin
İki nəfər dəm qazından zəhərlənib - TOVUZDA

Tovuzda iki nəfər dəm qazından zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, onların hər ikisi rayonun Əyyublu kəndinin sakinləridir. 1998-ci il təvəllüdlü Sarıyeva Günel Arzu qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Analoji hadisə 1996-cı il təvəllüdlü Musayeva Xəyalə Arzuman qızının yaşadığı evdə də baş verib. X. Musayeva da xəstəxanaya yerləşdirilib.

Hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

14 Yanvar, 2017  15:50 Baxılıb: 1418

Bu bölmədə