Simsar.az | bizi özünüzə Simsar bilin
Tovuzda külli miqdarda saxta spirtli içki aşkarlanıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb. Dövlət Gömrük Komitəsindən Simsar.az -a verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

14 Yanvar, 2017  12:42 Baxılıb: 1495

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası