Simsar.az | bizi özünüzə Simsar bilin
Bu küçə yenidən qurulacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı dövlət başçısının sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur.

“Azəravtoyol” ASC-dən Simsar.az -a verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

“Azəravtoyol” ASC bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 – 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 – 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2 – 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23.5 metr təşkil edəcək.


13 Yanvar, 2017  17:53 Baxılıb: 1421

Bu bölmədə