Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan “KVN” festivalında iştirakdan imtina edə bilər

“Şən və hazırcavablar klublarının Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən 2 komandanın iştirakı ortaya çıxıb. Bununla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən beynəlxalq federasiyaya, eyni zamanda, yarışmanın yayımlandığı telekanala etiraz bildirilib. Bizim komanda bu etirazları lazımi ünvanlara çatdırıb”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bu gün beynəlxalq federasiya bu məsələyə öz münasibətini açıqlamalıdır: "Ya o komandalar orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak edəcəklər, ya da həmin komandalar yarışmadan ayrılmalıdırlar. Bunlar olmayacağı təqdirdə, Azərbaycan komandası yarışda iştirakdan imtina etmək hüququna malikdir. Bu haqda beynəlxalq federasiya rəhbərliyinə məlumat verilib”.

Nazir müavini onu da əlavə edib ki, Şən və Hazırcavablar Klubu Azərbaycanın uzun müddət iştirak etdiyi beynəlxalq bir hərəkatdır və Azərbaycanın da bu yarışmada kifayət qədər uğurları var.


13 Yanvar, 2017  16:24 Baxılıb: 1406

Bu bölmədə