Prokuror arvadını öldürənə 19 il həbs istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunaraq, dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.Piriyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib. Qeyd edək ki, qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra M.Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Belə ki, M.Piriyev şüşə stəkan ilə arvadının başına bir neçə zərbə vurub. Daha sonra M.Piriyevin narkotik vasitələrin təsiri altında olduğu bəlli olub.
13 Yanvar, 2017 15:39 ⁄ Baxılıb: 1461
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |