Simsar.az | bizi özünüzə Simsar bilin
Mövlud Çavuşoğlu İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfər edəcək. Bu barədə Trend Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat verir. Səfərin yanvarın sonu – fevralın əvvəlində baş tutacağı planlaşdırılır.

Mənbənin məlumatına görə, səfər zamanı iki ölkə arasında münasibətlərin normallaşması, ticarət və iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq.

13 Yanvar, 2017  13:42 Baxılıb: 1637

Bu bölmədə