Simsar.az | bizi özünüzə Simsar bilin
Çəkisi 1000-dən az olan 135 körpə sağ qalıb

Ötən il çəkisi 1000 qramdan az olan 135 körpəni xilas etmək mümkün olub

"“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib". Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.

Qeyd olunub ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb, 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.

13 Yanvar, 2017  13:38 Baxılıb: 1505

Bu bölmədə