“Nutella” satışdan yığışdırılır
İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır. Trend-in məlumatına görə, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı. Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı. Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.
13 Yanvar, 2017 13:33 ⁄ Baxılıb: 1957
Bu bölmədə17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki |