Simsar.az | bizi özünüzə Simsar bilin
Dəniz sahilində çürümüş və balıqlar tərəfindən didilmış meyit tapılıb - BAKIDA

Bakıda dəniz kənarından çürümüş kişi meyiti tapılıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində dənizdə boğularaq sahilə çıxmış kişi meyiti ötən il dekabrın 8-də aşkar edilib.

Dərhal ekspertlərin iştirakı ilə meyitə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, onun əynində göy rəngli üzərində “MEXX” sözləri yazılmış cins şalvar, qara rəngli kəmər, qara rəngli corab, üzərində “DANAGİ” yazılmış ayaqqabı olub.

Baxış zamanı həmçinin meyiti tapılan şəxsin sünnət olunmadığı müəyyən edilib. O, 25-30 gün əvvəl öldüyündən cəsədin üzərində çürümə əlamətləri müşahidə olunub. Həmçinin bədənin müxtəlif hissələrini balıqlar yeyib. Meyiti tapılan şəxsin yaşının 45-55, boyunun uzunluğunun isə 180 sm olduğu ehtimal edilir.

Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Onu tanıyanlardan (012) 455 02 02, (012) 455 44 32 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

13 Yanvar, 2017  13:21 Baxılıb: 1630

Bu bölmədə