Simsar.az | bizi özünüzə Simsar bilin
Fərda təhqirlərdən danışdı: "Mənə psixoloji çox təsir edir"

Tanınmış aktyor Fərda Amin bir neçə gündür sosial şəbəkələrdə və saytlarda müzakirə olunan məsələ - “Selfinaz” adlı stand-up şousu haqda geniş açıqlama verib.Aktyor düşünür ki, bu söz-söhbətlər hazılanmış kampaniyadır:

“Mənə elə gəlir ki, bu, düşünülmüş və hazırlanmış kampaniyadır. Mənim heç kimlə problemim yoxdur. Hər kəslə münasibətim əladır. Amma kütləvi şəkildə məni təhqir edirlər. Bütün səhifələr paylaşır, müzakirə edirlər. Əksəriyyət məni tənqid atəşinə tutur. Mən tənqidə təhqirlə cavab vermək mədəniyyətinə sahib deyiləm. Mənə yazılan təhqirlərə cavabımı da instaqramda verirəm. Hamısı virtual aləmdədir. Mənə psixoloji çox təsir edir. Belə şeyləri keçmək olmur. İnşallah, mayda “Selfinaz 2”i təqdim edəcəyəm”.(qafqazinfo)

13 Yanvar, 2017  13:00 Baxılıb: 2046

Bu bölmədə