Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev: “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir"

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.Məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

İlham Əliyev bildirib ki, energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib:

"Bununla əlaqədar olaraq, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72 faiz, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60 faiz və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi başa çatdırılıb".

Dövlətimizin başçısı vurğulayıb ki, təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir.

13 Yanvar, 2017  11:56 Baxılıb: 1553

Bu bölmədə