FHN əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir: - qaz cihazı saz və standartlara uyğun olmalı; - cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; - havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; - hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; - tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. FHN xəbərdarlıq edir ki, dəm qazı iysizdir və hiss edilmir: “Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!”
12 Yanvar, 2017 17:26 ⁄ Baxılıb: 1437
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |