Arif Məlikovun fikirlərinə təəssüflənirik-Bəstəkarlar İttifaqı
Azərbaycan Bəstəkarlar İttifaqı xalq artisti Arif Məlikovun ittifaqın ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Musiqi dünyası” jurnalında qurumun ildə iki dəfə hesabatı dərc olunur: “Arif Məlikov görkəmli bəstəkarımızdır, bizim ittifaqın hörmətli üzvüdür, SSRİ xalq artistidir. Onun ittifaq haqqında səsləndirdiyi fikirlərə təəssüf edirik. Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir”.Qurum rəsmisi əlavə edib ki, Azərbaycan Bəstəkarlar İttifaqında 2007-ci ildən bu günədək hər il bəstəkar və ya musiqişünasların yubileyləri, müəllif konsertləri, yeni-yeni kitabların təqdimatları, yaradıcılıq axşamları, həmçinin xatirə gecələri keçirilir: "Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi bütün işlər barədə dövrü mətbuat vasitələrində kifayət qədər məlumatlar, məqalələr dərc olunur, o cümlədən tele-kanallarda süjetlər və verilişlər efirə gedir”.
Qeyd edək ki, xalq artisti Arif Məlikov APA-ya müsahibəsində Bəstəkarları İttifaqını fəaliyyətsizlikdə ittiham etmişdi.
12 Yanvar, 2017 16:42 ⁄ Baxılıb: 2248
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |