![]() |
Sabah hava buludlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
12 Yanvar, 2017 13:39 ⁄ Baxılıb: 899
Bu bölmədə17 Aprel, 2018 Şaban ayınız xeyirli olsun!17 Aprel, 2018 Bu gün Bakının bir hissəsində su olmayacaq17 Aprel, 2018 Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək15 Aprel, 2018 Səbuhi Hüseynov: "AMEA Arxeologiya və Etnoqrafiya institutunun rəhbərliyinə səslənirəm"11 Aprel, 2018 Azərbaycanın ən yaşlı seçicisi səs verib |