Simsar.az | bizi özünüzə Simsar bilin
Ruslan Abışov "İnter"-dən getdi

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov "İnter" klubunun düşərgəsini tərk edib. Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi "Neftçi"nin düşərgəsinə yollanıb.

Hər iki komanda hazırda Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışındadır. Tezliklə 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin imzalanması gözlənilir. Bu məqsədlə futbolçunun meneceri günün ikinci yarısında Antalyaya yola düşəcək. Müqavilə müddəti açıqlanmır.

Qeyd edək ki, Ruslan Abışov 2006 - 2012-ci illərdə "Neftçi"də çıxış edib. O, karyerası ərzində "Xəzər Lənkəran", "Qəbələ" və Rusiyanın "Rubin" klublarında da forma geyinib.

12 Yanvar, 2017  12:57 Baxılıb: 1865

Bu bölmədə