Şəmkirdəki direktor-müəllim olayına aydınlıq gətiriləcək
“Hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş vermiş qalmaqallı hadisə ilə əlaqədar araşdırma aparır”. Bunu “Report”a açıqlamasında Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı yekun nəticə günün ikinci yarısında məlum olacaq və ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, vaxtı ilə M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləyən Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib
12 Yanvar, 2017 12:21 ⁄ Baxılıb: 1455
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |