Simsar.az | bizi özünüzə Simsar bilin
Şirkət rəhbərinə qarşı 700 min manatlıq dələduzluq edildi

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, bu barədə zərərçəkən - Abşeron rayon sakini 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.

E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

11 Yanvar, 2017  17:48 Baxılıb: 1535

Bu bölmədə