Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq

FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. "Report"un məlumatına görə, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.

Ali futbol qurumu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Qeyd edək ki, FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

11 Yanvar, 2017  17:34 Baxılıb: 2085

Bu bölmədə