Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda elektrik enerjisi istehsalı artırılıb

Azərbaycanda 2016-cı il ərzində ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,89% çoxdur.

Simsar.az bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə istinadən xəbər verir.

Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib. Mənbənin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin dekabr ayında isə 2,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 10% artım deməkdir.

11 Yanvar, 2017  17:21 Baxılıb: 1476

Bu bölmədə