Simsar.az | bizi özünüzə Simsar bilin
Gəncə Baş Polis İdarəsində ölüm hadisəsi

Gəncə Şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib. APA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb. Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

11 Yanvar, 2017  17:10 Baxılıb: 1576

Bu bölmədə