Simsar.az | bizi özünüzə Simsar bilin
39 yaşlı qadın dərman içərək özünə qəsd etdi

Bakıda 39 yaşlı qadın dərman həbləri içərək intihara cəhd göstərib.

Hadisə Xətai rayonunda baş verib.

Belə ki, Sarayev küçəsindəki evlərdən birində 39 yaşlı A.Q intihar etmək məqsədilə bir neçə dərman həbi içib. Yaxınları onu 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırıblar. Həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Onun vəziyəyti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma aparılır.

11 Yanvar, 2017  16:54 Baxılıb: 1514

Bu bölmədə