Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə öldürülən terroristin atası: "Psixoloji problemləri var idi"

Dünən Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında baş verən terorda öldürülən terroristin atası danışıb.Simsar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,mətbuata danışan ata bildirib ki,oğlunun psixoloji problemləri olub:"Psixoloji problemləri vardı,müalicə alırdı, bu işi nə üçün etdi anlamıram. Onun terrorist olduğuna inanmıram"

Qeyd edək ki, dünən Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında atışma olub.

Şəhərin İncilipınar məhəlləsində yerləşən İdarənin önündə yerli vaxtla saat 15:15-də atəş səsləri eşidilib.

Təxminən 10 dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Polis İdarəsinin qarşısında bir terrorçunun yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilir. Daha bir iddiaya görə, içəri daxil olmağa çalışan bir terrorçu öldürülüb.Hadisə şahidləri bir polisin yaralı olduğunu, yerdə qalan bir nəfərin də ölən terrorçu olduğunu deyirlər. "Canlı bomba"nın İdarənin binasına girmək istəyərkən öldürüldüyü bildirilir.

Simsar.az

11 Yanvar, 2017  13:15 Baxılıb: 2131

Bu bölmədə