Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədən İsrailə ilk nümayəndə heyəti gedəcək

Fevralın 7-8-də Türkiyədən ilk nümayəndə heyəti İsrailə səfər edəcək. Türkiyə KİV-i xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Məlumata görə, səfərdə məqsəd azad ticarət sahəsində razılaşmanı genişləndirməkdir.

Xatırladaq ki, Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi iyun ayında imzalayıb. Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisə ilə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb. Qeyd edək ki, hər iki dövlətin bir-brində səfirliyi və səfirləri fəaliyyət göstərir.

11 Yanvar, 2017  13:00 Baxılıb: 1936

Bu bölmədə